Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” futbol klubu iyunun 27-də bu ölkənin təmsilçisi “Tirol” ilə yoxlama oyunu keçirəcək.
İdman.Biz bu barədə klubun mətbuat xidmətinə istinadən bildirir.
Matç “Gernot Langes” stadionunda olacaq.
“Qarabağ” klubu yeni mövsum hazırlıqları çərçivəsində iyunun 20-də “Azərsun Arena”da “Zirə” ilə yoxlama matçı keçirib. Oyun 4:3 hesabı ilə Ağdam klubun xeyrinə bitib.
