Azərbaycan Premyer Liqasında yerli futbolçular zirvədə

1 İyul 2026 11:55
125
Azərbaycan Premyer Liqasında yerli futbolçular zirvədə

Azərbaycan Premyer Liqasında 2025-2026-cı illər mövsümünün ötürmə, zərbə və topu ələ keçirmə statistikası açıqlanıb.

İdman.Biz xəbər verir ki, Peşəkar Futbol Liqasının məlumatına əsasən, 90 dəqiqə ərzində ən çox ötürmə edən futbolçu “Qarabağ”ın yarımmüdafiəçisi Marko Yankoviç olub. O, orta hesabla 69,23 ötürmə edib və 89 faiz dəqiqlik göstərib.

İkinci pillədə “Qarabağ”ın digər futbolçusu Sami Mmae qərarlaşıb. Onun göstəricisi 68,26 ötürmə və 91 faiz dəqiqlik olub. “Zirə”dən İsmayıl İbrahimli 64,99 ötürmə və 91 faiz dəqiqliklə üçüncü sırada yer alıb. “Qarabağ”dan Bədavi Hüseynov 63,43 ötürmə və 93 faiz dəqiqlik, “Zirə”dən Ange Mutsinzi isə 62,73 ötürmə və 90 faiz dəqiqliklə ilk beşliyi tamamlayıb.

Komandalar arasında da ən yaxşı göstərici “Qarabağ”a məxsusdur. Ağdam təmsilçisi 90 dəqiqə ərzində orta hesabla 480,80 ötürmə edib. Bu ötürmələrin dəqiqliyi 86 faiz olub. “Zirə” 432,56 ötürmə və 85 faiz dəqiqliklə ikinci, “Sabah” isə 411,23 ötürmə və 85 faiz dəqiqliklə üçüncü olub. Ən az ötürmə sayı 76 faiz dəqiqliklə “Şamaxı”ya məxsusdur - 243.92.

Qapıya ən çox zərbə vuran futbolçular siyahısında iki oyunçu eyni göstərici ilə fərqlənib. “Sabah”dan Coy Lens Mikels və “Şamaxı”dan Karim Rossi hərəyə 75 zərbə ilə ilk pilləni bölüşüb. “Qarabağ”dan Kamilo Duran 73, “Qəbələ”dən Adriel Ba Loua 68, “Sabah”dan Velko Simiç isə 61 zərbə ilə növbəti yerlərdə qərarlaşıb.

Topu ələ keçirmə göstəricisində yerli oyunçular liderdir. İlk beşlikdə üç azərbaycanlı var. “Karvan-Yevlax”ın futbolçusu Elvin Yunuszadə orta hesabla 6,11 dəfə topu ələ keçirib. “Kəpəz”dən Rauf Hüseynli 5,94, “İmişli”dən Ronaldo Rodriqes 5,80, “Karvan-Yevlax”dan Emin Rüstəmov 5,75, “Araz-Naxçıvan”dan Vanderson Melo isə 5,64 göstərici ilə ilk beşlikdə yer alıb.

İdman.Biz