Azərbaycan Premyer Liqasının 2026/2027 mövsümünün birinci turunda oyunları stadiondan izləyən azarkeşlərin sayı açıqlanıb.
İdman.Biz xəbər verir ki, turun altı qarşılaşmasını ümumilikdə 9597 tamaşaçı tribunadan izləyib.
Ən yüksək göstərici “Turan Tovuz” - “Qəbələ” matçında qeydə alınıb. Tovuzda keçirilən görüşə 4800 azarkeş gəlib.
Digər qarşılaşmalarda “Sumqayıt” - “Neftçi” matçını 1350, “Qarabağ” - “Şamaxı” oyununu 1215, “Sabah” - “Kəpəz” görüşünü 1132, “Zirə” - “Şəfa” qarşılaşmasını 800, “Araz-Naxçıvan” - “İmişli” matçını isə 300 tamaşaçı izləyib.
Qeyd edək ki, turun oyunlarında “Turan Tovuz” “Qəbələ”ni 1:0, “Sabah” “Kəpəz”i 2:0, “Neftçi” “Sumqayıt”ı 3:1, “Zirə” isə “Şəfa”nı 2:0 hesabı ilə məğlub edib. “Qarabağ” “Şamaxı”ya 3:1 hesabı ilə qalib gəlib, “Araz-Naxçıvan” – “İmişli” görüşündə isə qalib müəyyənləşməyib - 0:0.
