Futbol üzrə Azərbaycanən İkinci Liqasında bu gün altı komanda üz-üzə gələcək

29 Noyabr 2026 10:54
36
Futbol üzrə Azərbaycanən İkinci Liqasında bu gün altı komanda üz-üzə gələcək

Azərbaycanın futbol üzrə İkinci Liqasında noyabrın 29-da 13-cü turun növbəti üç qarşılaşması keçiriləcək.

İdman.Biz xəbər verir ki, günün ilk oyununda “Kür-Araz” və “Şəmkir” komandaları münasibətlərinə aydınlıq gətirəcəklər. Heydər Əliyev adına İmişli şəhər stadionunda saat 14:00-da başlayacaq görüşü Mehdi Yusifov idarə edəcək.

Paytaxtda isə eyni saatda iki qarşılaşma baş tutacaq. “Qaradağ Lökbatan” Lökbatan Olimpiya İdman Kompleksinin stadionunda “Şəki”ni qəbul edəcək. Saat 14:30-da başlayacaq matçın baş hakimi Pərviz İbrahimov olacaq.

Günün digər oyununda “Marafon” doğma meydanda “Zəngəzur”la qarşılaşacaq. “Marafon Arena”da saat 14:30-da start götürəcək görüş Sənan Bayramzadəyə həvalə olunub.

Futbolsevərlər hər üç qarşılaşmanı Peşəkar Futbol Liqasının Birinci və İkinci Liqa üçün nəzərdə tutulan rəsmi “YouTube” kanalından canlı izləyə biləcəklər.

Noyabrın 28-də start götürən 13-cü tura ayın 30-da keçiriləcək qarşılaşmalarla yekun vurulacaq.

İdman.Biz