Azərbaycan Premyer Liqası: “Sabah” “Araz-Naxçıvan”a qarşı

28 Noyabr 2026 09:47
38
Azərbaycan Premyer Liqası: “Sabah” “Araz-Naxçıvan”a qarşı

Bu gün futbol üzrə Misli Premyer Liqasının 13-cü turu çərçivəsində ikinci qarşılaşma “Sabah Arena”da keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Sabah” “Araz-Naxçıvan”ı qəbul edəcək.

Oyun saat 19:00-da başlayacaq. “Sabah” 24 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Dörd xala malik “Araz-Naxçıvan” isə 12-cidir.

Misli Premyer Liqası
13-cü tur, İkinci dövrə
28 noyabr (şənbə)
19:00. “Sabah” - “Araz-Naxçıvan”

Hakimlər: Vüqar Həsənli, Vüsal Məmmədov, Gülnurə Əkbərzadə, Əkbər Əhmədov
VAR: Əli Əliyev
AVAR: Zeynal Zeynalov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Sabah Arena”

Qeyd edək ki, ötən gün “Şəfa” səfərdə “İmişli”ni (3:1), “Neftçi” evdə “Zirə”ni (1:0) məğlub edib. Azərbaycan Premyer Liqasında 13-cü tura sabah yekun vurulacaq.

İdman.Biz