Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Kəpəz” ilə üz-üzə

28 Noyabr 2026 09:29
31
Azərbaycan Premyer Liqası: “Turan Tovuz” “Kəpəz” ilə üz-üzə

Bu gün futbol üzrə Misli Premyer Liqasının 13-cü turunda “Turan Tovuz” - “Kəpəz” qarşılaşması keçiriləcək.

İdman.Biz xəbər verir ki, saat 16:30-da start götürəcək qarşılaşmanı İnqilab Məmmədov idarə edəcək.

“Turan Tovuz” 24 xalla turnir cədvəlinin üçüncü pilləsində yer alıb. 18 xala malik “Kəpəz” isə altıncıdır.

Misli Premyer Liqası
13-cü tur, İkinci dövrə
28 noyabr (şənbə)
16:30. “Turan Tovuz” - “Kəpəz”

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Namiq Bəkirov
VAR: Rəvan Həmzəzadə
AVAR: Teymur Teymurov
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Anar Şixəliyev
Tovuz şəhər stadionu

Qeyd edək ki, ötən gün “Şəfa” səfərdə “İmişli”ni (3:1), “Neftçi” evdə “Zirə”ni (1:0) məğlub edib. Azərbaycan Premyer Liqasında 13-cü tura sabah yekun vurulacaq.

İdman.Biz