“Sabah”ın futbolçusu Eyden Makkartiyə dəstək olmaq üçün Cənubi Afrika Respublikasından (CAR) Azərbaycana qonaqlar gəliblər.
İdman.Biz xəbər verir ki, futbolçunun həmyerliləri Azərbaycan Premyer Liqasının 13-cü turunda “Sabah”ın “Araz-Naxçıvan”la qarşılaşmasını tribunadan izləyiblər.
Makkarti görüşdən sonra vətəninin bayrağını açaraq qonaqları ilə xatirə şəkli çəkdirib.
“Minlərlə kilometr məsafə də dəstək üçün əngəl deyil”, - fotoya yazılan şərhdə qeyd olunub.

Xatırladaq ki, “Sabah” qarşılaşmada 2:0 hesabı ilə qalib gələrək xallarının sayını 27-yə çatdırıb.
