“Şamaxı”nın futbolçusu: “İlk oyuna görə yaxşı çıxış etdik” - MÜSAHİBƏ

18 Avqust 2026 13:17
83
“Şamaxı”nın futbolçusu: “İlk oyuna görə yaxşı çıxış etdik” - MÜSAHİBƏ

“Birinci oyun ağır keçdi, rəqib “Qarabağ” idi”.

Bunu “Şamaxı”nın futbolçusu Emin Rüstəmov səfərdə “Qarabağ”a 1:3 hesabı ilə uduzduqları Misli Premyer Liqasının ilk tur matçından sonra Sportify.az-a müsahibəsində deyib.

Həmin müsahibəni təqdim edirik.

– Çempionatdakı ilk oyununuzla bağlı nə deyə bilərsiniz?

– Birinci oyun ağır keçdi, rəqib “Qarabağ” idi. Amma buna baxmayaraq, məncə, yaxṣı oynadıq, yaxṣı mübarizə apardıq. Yəni, uda da, heç-heçə edə də bilərdik. İlk yarıda hesabı bərabərləṣdirməyi bacardıq. Fasilədən sonra isə daha 2 top buraxdıq. Məncə, ilk oyuna görə yaxṣı çıxış etdik.

– İkinci hissədə daha iki top buraxmağınıza səbəb nə oldu?

– Öz səhvlərimizdən qollar buraxdıq. Buna baxmayaraq, motivasiyadan düṣmədik. Axıra kimi oynadıq, hesabı bərabərlədirmək istədik, təəssüf ki, alınmadı.

– Adaptasiya prosesiniz necə keçir?

– Məncə, zamanla daha yaxṣı ola bilər, daha çox oyun oynadıqca, yaxṣı bi “Ṣamaxı” görə bilərsiniz.

– Yeni komandaya uyğunlaşma baxımından sizə çətin olmur?

– Bəli, bir az çətin olur, ilk dəfədir ki, klubumu dəyiṣmiṣəm. Bunadək “Səbail”də 6-7 il keçirmiṣdim. Buna baxmayaraq, özümü maksimum göstərməyə çalışıram. İstəyirəm ki, sabit oynayım.

– Bu mövsüm hədəfiniz nədir?

– Daha yaxṣı yer tutmaq, yaxṣı oyun göstərmək. İstəyirəm ki, komanda şəklində biz yaxşı oyun göstərək.

– Qarṣıdan milli komandanın oyunları gəlir. Dəvət alacağınıza inanırsınız?

– Ona artıq məṣqçilər qərar verər. Düṣünürəm ki, sabit çıxış etsəm, çağırıla bilərəm.

İdman.Biz