İtaliya A Seriyasının 10-cu turunda “Fiorentina” səfərdə “Sassuolo”nu 4:2 hesabı ilə məğlub edib.
İdman.Biz xəbər verir ki, qarşılaşmada hesabı 25-ci dəqiqədə meydan sahiblərinin futbolçusu Arman Loriente açıb. İlk hissənin əlavə vaxtında Mateo Pelleqrino tarazlığı bərpa edib.
50-ci dəqiqədə Njiye “Fiorentina”nı önə çıxarıb. Lakin 65-ci dəqiqədə Loriente ikinci qolunu vuraraq hesabı 2:2-yə çatdırıb.
Görüşün 79-cu dəqiqəsində Franko Mastantuono qonaqları yenidən hesabda irəli çıxarıb. 90+3-cü dəqiqədə isə Valdepenyas son nöqtəni qoyub - 4:2.
Bu nəticədən sonra hər iki komandanın aktivində səkkiz xal var, turnir cədvəlində 15 və 16-cı yerləri bölüşürlər.
