Türkiyə Super Liqasının 10-cu turunun son oyununda “Gənclərbirliyi” doğma meydanda “Alanyaspor” üzərində 5:0 hesablı qələbə qazanıb.
İdman.Biz xəbər verir ki, Ankaradakı “Eryaman” stadionunda keçirilən görüşdə meydan sahibləri ilk dəqiqədən üstünlüyü ələ alıblar.
Hesabı birinci dəqiqədə Oğulcan Ülgün açıb. İlk hissə “Gənclərbirliyi”nin minimal üstünlüyü ilə başa çatıb.
Fasilədən sonra Ankara təmsilçisi daha dörd dəfə fərqlənib. 59-cu dəqiqədə Tonqya, 66 və 78-ci dəqiqələrdə Qoveya, 68-ci dəqiqədə isə Mendes rəqib qapısına yol tapıb.
Bu nəticədən sonra “Gənclərbirliyi” xalını 11-ə çatdıraraq turnir cədvəlində 14-cü pilləyə yüksəlib. “Alanyaspor” isə 12 xalla 12-ci pillədədir.
Turnir cədvəlinə 25 xalla “Qalatasaray” başçılıq edir. “Amedspor” 23 xalla ikinci, “Trabzonspor” isə 22 xalla üçüncü pillədə qərarlaşıb.
