Tebas “Real Madrid”i İspaniya futboluna böyük zərər vurmaqda ittiham etdi

3 Noyabr 2026 00:12
82
Tebas “Real Madrid”i İspaniya futboluna böyük zərər vurmaqda ittiham etdi

La Liqanın prezidenti Xavyer Tebas “Real Madrid” klubunu İspaniya futboluna ciddi zərər vurmaqda ittiham edib.

İdman.Biz xəbər verir ki, qurum rəhbəri bu barədə “World in Progress” beynəlxalq forumunda çıxışı zamanı danışıb.

“Real Madrid” La Liqanın gördüyü bütün işlərə qəti şəkildə qarşı çıxır. Onların hərəkətləri televiziya yayım hüquqlarının reallaşdırılması məsələsində bizə çox böyük, hətta nəhəng zərər vurur. Başa düşmək lazımdır ki, bu zərər təkcə La Liqaya bir təşkilat kimi deyil, İspaniyanın bütün digər klublarına da birbaşa təsir göstərir”, - deyə Tebas bildirib.

La Liqa prezidenti Madrid təmsilçisinin mövqeyindən narazılığını ifadə edərək, klubun fəaliyyətinin bütün İspaniya futboluna maliyyə baxımından mənfi təsir göstərdiyini vurğulayıb.

İdman.Biz