Bekhem həyat yoldaşını təəccübləndirmək qərarına gəlib - FOTO

18 Avqust 2026 10:59
96
Bekhem həyat yoldaşını təəccübləndirmək qərarına gəlib - FOTO

İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem həyat yoldaşı Viktoriyanı xoş şəkildə təəccübləndirib.

İdman.Biz xəbər verir ki, bu barədə Bekhem öz sosial şəbəkə hesabında paylaşıb.

Belə ki, “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi həyat yoldaşı üçün romantik səyahət təşkil edərək onu Portofinoya(İtaliya) aparıb.

Bu, cütlüyün münasibətlərini rəsmən elan etməzdən əvvəl, 1997-ci ildə ilk dəfə birlikdə istirahət etdiyi yerdir. Cütlük sosial şəbəkələrdə Aralıq dənizi fonunda çəkilmiş fotolarını paylaşıb.

“29 il əvvəl Portofinoya gəlmişdik və münasibətdə olduğumuzu hələ heç kimin bilmədiyi vaxt bu oteldə qalmışdıq. İndi isə yenidən buradayıq”, – deyə Devid əlavə edib.

İdman.Biz