“Qalatasaray” hücum xəttini gənc danimarkalı forvardla gücləndirmək istəyir

18 Avqust 2026 12:16
75
“Qalatasaray” hücum xəttini gənc danimarkalı forvardla gücləndirmək istəyir

Almaniyanın “Leypsiq” futbol klubunbda çıxış edən danimarkalı forvard Konrad Harder “Qalatasaray” klubunun diqqət mərkəzinə düşüb.

İdman.Biz xəbər verir ki, 21 yaşlı hücumçu ötən mövsüm “Leypsiq”in heyətində bütün turnirlərdə 37 rəsmi oyuna çıxıb. O, bu görüşlərdə dörd qol vurub və dörd məhsuldar ötürmə edib.

Məlumata görə, “Qalatasaray” Harder üçün ilkin olaraq icarə variantını nəzərdən keçirir. İstanbul təmsilçisinin rəhbərliyi Viktor Osimhenin arxasında oynaya biləcək, həm inkişaf potensialı olan hücumçu axtarır.

Hazırda “Qalatasaray”la Harder arasında hər hansı razılaşmanın olmadığı bildirilir. Transferin reallaşıb-reallaşmayacağı isə “Leypsiq”in futbolçunu icarəyə buraxmağa münasibətindən asılı olacaq.

İdman.Biz