Çempionlar Liqası: “Fənərbağça” “Lion”la heç-heçə etdi, “Levski” – AEK matçında qol olmadı – YENİLƏNİB + VİDEO

19 Avqust 2026 01:10
922
Çempionlar Liqası: “Fənərbağça” “Lion”la heç-heçə etdi, “Levski” – AEK matçında qol olmadı – YENİLƏNİB + VİDEO

Türkiyənin “Fənərbağça” futbol klubu UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyununda Fransanın “Lion” komandası ilə heç-heçə edib.

İdman.Biz xəbər verir ki, İstanbulda keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Qonaqların heyətində Lois Openda 40-cı dəqiqədə hesabı açıb. “Fənərbağça”nın cavab qolunu isə 47-ci dəqiqədə Meyson Qrinvud vurub.

Bu görüş Romelu Lukakunun “Fənərbağça”da debütü ilə də yadda qalıb. Belçikalı hücumçu matçın sonlarında meydana daxil olub.

Günün digər qarşılaşmasında Xorvatiyanın “Dinamo” futbol klubu Norveçin “Vikinq” komandası ilə 2:2 hesablı heç-heçə edib.

Bolqarıstanın “Levski” futbol klubu ilə Yunanıstanın AEK komandası arasındakı görüşdə isə hesab açılmayıb – 0:0.

Pley-off mərhələsinin cavab qarşılaşmaları avqustun 26-da keçiriləcək.

10:30

Bu gün UEFA Çempionlar Liqasında 2026/2027 mövsümünün pley-off həyəcanına start verilir.

İdman.Biz xəbər verir ki, turnirin əsas mərhələsinə vəsiqə uğrunda mübarizədə ilk oyunlar keçiriləcək.

Gecənin maraqla gözlənilən qarşılaşmalarından birində Türkiyə nəhəngi “Fənərbağça” Fransanın güclü “Lion” klubunu öz meydanında sınağa çəkəcək.

Günün digər həlledici matçlarında isə azarkeşlər “Levski Sofiya” - AEK və “Dinamo Zaqreb” - “Vikinq” duelinin şahidi olacaqlar.

UEFA Çempionlar Liqası
Pley-off mərhələsi
18 avqust

23:00. “Fənərbağça” - “Lion”;
23:00. “Levski Sofiya” - AEK;
23:00. “Dinamo Zaqreb” - “Vikinq”.

Qeyd edək ki, Azərbaycanı turnirdə təmsil edən “Sabah” klubunun İsrailin “Hapoel Beer-Şeva” komandasına qarşı pley-off mərhələsində ilk oyunu avqustun 19-da səfərdə keçiriləcək.

İdman.Biz