Emin Cəfərov UEFA Konfrans Liqasının oyununa təyinat alıb

1 İyul 2026 12:23
76
Emin Cəfərov UEFA Konfrans Liqasının oyununa təyinat alıb

AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.

İdman.Biz xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

O, UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsində keçiriləcək “Elbasani” (Albaniya) - BATE (Belarus) oyununun UEFA nümayəndəsi olacaq.

Xatırladaq ki, qarşılaşma iyulun 7-də, Elbasan şəhərinin eyniadlı stadionunda keçiriləcək.

İdman.Biz