Avstriyada təlim-məşq toplanışını davam etdirən “Qarabağ” növbəti yoxlama oyununu keçirib.
İdman.Biz xəbər verir ki, Ağdam təmsilçisi Macarıstanın “Ferentsvaroş” komandasına uduzub - 0:1.
“Qarabağ” bu gün Ukraynanın "Xarkov" klubu ilə üz-üzə gəlib. Qarşılaşma rəqib komandanın 6:2 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 48-ci dəqiqədə klubun yeni transferi Jali Muaddib və 68-ci dəqiqədə penaltidən Kadi Borges vurublar.
Qeyd edək ki, “Qarabağ” Avstriyadakı ilk sınaq oyununda yerli “Tirol” komandasına 4:0 hesabı ilə qalib gəlib.
16:55
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” futbol klubu sözügedən ölkədə daha bir yoxlama oyununu keçirib.
İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv Ukrayna təmsilçisi “Xarkov”la qarşılaşıb.
Görüş rəqibin 6:2 hesablı qələbəsi ilə bitib. Komandanın qollarını Jali Muaddib və Kadi Borges (p) vurublar.
“Köhlən atlar” bu gün daha bir yoxlama matçına çıxacaq. Ağdam klubu Bakı vaxtı ilə saat 19:30-da start götürəcək oyunda Macarıstan təmsilçisi “Ferentsvaroş”la qarşılaşacaq.
Xatırladaq ki, Avstriyadakı ilk yoxlama oyununda “Tirol”a 4 cavabsız qolla qalib gələn “Qarabağ” Bakıda “Zirə”ni üstələyib - 4:3.
10:08
Bu gün Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” futbol klubu sözügedən ölkədə daha iki yoxlama oyunu keçirəcək.
İdman.Biz xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv günün ilk sınağında Ukraynanın “Xarkov” komandası ilə üz-üzə gələcək. Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 15:00-da səslənəcək.
Ağdam təmsilçisi günün ikinci oyununda isə Macarıstanın “Ferentsvaroş” klubu ilə münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün başlanğıcı Bakı vaxtı ilə saat 19:30-a planlaşdırılıb.
Qeyd edək ki, Avstriyadakı ilk yoxlama oyununda “Tirol”a 4 cavabsız qolla qalib gələn “Qarabağ” Bakıda “Zirə”ni üstələyib - 4:3.
