Vüsal Məsimov “Səbail” FK-ya qayıdıb - YENİLƏNİB + FOTO

30 İyun 2026 21:30
1 019
Vüsal Məsimov “Səbail” FK-ya qayıdıb - YENİLƏNİB + FOTO

2026/2027 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” heyətinə daha bir futbolçu qatıb.

İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Son olaraq Premyer Liqada “Karvan”da çıxış etmiş Vüsal Məsimovla 1+1 illik müqavilə imzalanıb.

Ötən mövsüm Premyer Liqada 17 oyuna çıxmış və 2 qol ötürməsi ilə yadda qalan 26 yaşlı cinah müdafiəçisi 2024/2025 mövsümündə “Səbail”də çıxış edib.

16:23

2026/2027 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” heyətinə daha bir futbolçu qatıb.

İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Son olaraq Premyer Liqada “Karvan-Yevlax”da çıxış etmiş Eltun Turabovla 1+1 illik müqavilə imzalayıb.

Qeyd edək ki, 29 yaşlı müdafiəçi ötən mövsüm Premyer Liqada 29 qarşılaşmada meydana çıxıb və bir qola imza atıb.

Xatırladaq ki, "Səbail" bundan əvvəl yarımmüdafiəçi Kənan Quliyevi də heyətinə cəlb edib.

15:23

2026/2027 mövsümü üçün transfer çalışmalarını davam etdirən “Səbail” heyətinə futbolçu qatıb.

İdman.Biz xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Son olaraq “Mingəçevir”də çıxış etmiş Kənan Quliyevlə “1+1” illik müqavilə imzalanıb.

Qeyd edək ki, 26 yaşlı yarımmüdafiəçi əvvəlki illərdə də “Səbail”in şərəfini qoruyub.

İdman.Biz