ABŞ Futbol Federasiyası milli komandanın baş məşqçisi Maurisio Poçettinoya yeni müqavilə təklif etmək niyyətindədir.
İdman.Biz bu barədə insayder Nikolo Şiraya istinadən bildirir.
Mənbənin məlumatına görə, müqavilə 2030-cu ilin yayına qədər davam edəcək. Onun hazırkı müqaviləsi 31 iyul 2026-cı ilə qədərdir.
Maurisio Poçettino 2024-cü ilin sentyabr ayından bəri ABŞ milli komandasını çalışdırır. Komanda 2026-cı il dünya çempionatında ev sahibi ölkələrdən biri kimi iştirak edir. Qrup mərhələsində ABŞ Paraqvayı (4:1) və Avstraliyanı (2:0) məğlub edib, Türkiyəyə isə məğlub olub (2:3). 1/16 finalda Poçettinonun komandası Bosniya və Herseqovinaya (2:0) qalib gəlib və 7 iyulda 1/8 finalda Belçika ilə qarşılaşacaq.
