Konqo DR - İngiltərə matçı başa çatıb.
İdman.Biz bildirir ki, İngiltərə Harri Keynin dublu ilə geridönüş edərək afrikalıları məğlub edib - 2:1. 1/8 finalda İngiltərə Meksika millisi ilə üz-üzə gələcək.
21:50
Konqo DR - İngiltərə matçında hesab dəyişib.
İdman.Biz bildirir ki, 86-cı dəqiqədə Harri Keyn dubl edib - 2:1. Beləliklə, Keyn bu mundialda beşinci qolunu vurub və bu göstəriciyə görə norveçli Erlinq Holanda çatıb. Bombardirlər siyahısına isə hərəyə 6 qol vurmuş Lionel Messi və Kilian Mbappe başçılıq edirlər.
21:38
Konqo DR - İngiltərə matçında hesab bərabərləşib.
İdman.Biz bildirir ki, 75-ci dəqiqədə Harri Keyn cavab qolunu vurub.
21:08
Konqo DR - İngiltərə matçında ikinci hissə başlayıb.
İdman.Biz bildirir ki, birinci hissədən sonra hesab 1:0 afrikalıların xeyrinədir.
20:52
Konqo DR - İngiltərə matçında ilk hissə bitib.
İdman.Biz bildirir ki, afrikalılar 1:0 hesabı ilə irəlidədirlər.
20:10
Konqo DR - İngiltərə matçında hesab açılıb.
İdman.Biz bildirir ki, 7-ci dəqiqədə Brayan Sipenqa afrikalıları irəli çıxarıb.
20:01
Futbol üzrə dünya çempionatında 1/16 final mərhələsinin oyunları davam edir.
İdman.Biz bildirir ki, İngiltərə və Konqo Demokratik Respublikası (Konqo DR) ABŞ-ın Atalanta şəhərindəki “Mercedes Benz Stadium”da qarşılaşırlar.
Oyunun baş hakimi iordaniyalı Ədhəm Mahadmedir.
İngiltərə L qrupunda 7 xalla birinci olub. Konqo DR isə K qrupunda 4 xalla üçüncü yeri tutub.
