Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının ("EuroBasket 2029") ilkin seçmə mərhələsində sonuncu oyununa çıxıb.
İdman.Biz xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv altıncı turda İrlandiya seçməsini qəbul edib
Bakı İdman Sarayındakı qarşılaşma rəqibin qələbəsi ilə yekunlaşıb - 76:70.
17:49
Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisi 2029-cu il Avropa çempionatının ilk təsnifat mərhələsinin A qrupunun altıncı turunda İrlandiyaya qarşı ev oyununa uğurla başlayıb.
İdman.Biz xəbər verir ki, görüş Bakı İdman Sarayında keçirilir.
Birinci perioddan sonra milli komanda 35:31 hesabı ilə inamlı üstünlüyə malikdir. Hazırda matçın ikinci periodu davam edir.
09:37
Kişi basketbolçulardan ibarət Azərbaycan millisi “EuroBasket-2029”un ilkin seçmə mərhələsində bu gün sonuncu oyununu keçirəcək.
İdman.Biz xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda A qrupunun altıncı turunda İrlandiya yığmasını qəbul edəcək.
Qarşılaşma saat 17:00-da Bakı İdman Sarayında start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi A qrupunda 7 xalla üçüncü pillədə qərarlaşıb. Şimali Makedoniya 10 xalla liderdir. Lüksemburq 7 xalla ikinci, İrlandiya isə 6 xalla dördüncü sıradadır.
Foto: İslam Atakişiyev
