Millimiz səfərdə Lüksemburq yığmasına qalib gəlib - YENİLƏNİB

2 İyul 2026 23:14
870
Millimiz səfərdə Lüksemburq yığmasına qalib gəlib

Basketbol üzrə kişilərdən ibarət milli komandamız, 2029-cu ildə baş tutacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin qrup oyununda səfərdə Lüksemburq yığmasına 76:74 hesabı ilə qalib gəlib.

İdman.Biz bildirir ki, oyunun ən məhsuldar basketbolçusu 19 xalla millimizin üzvü Kamran Məmmədov seçilib.

Qeyd edək ki, bu qalibiyyət millimizin qrupda ikinci qələbəsi olub.

Millimiz qrupda sonuncu oyununu 5 iyul saat 17:00-da Bakı İdman Sarayında İrlandiya seçməsinə qarşı keçirəcək.

11:31

Kişi basketbolçulardan ibarət Azərbaycan millisi final mərhələsi 2029-cu ildə baş tutacaq Avropa çempionatının (EuroBasket 2029) ilkin seçmə mərhələsində növbəti oyununu bu gün keçirəcək.

İdman.Biz xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu kollektiv beşinci turda səfərdə Lüksemburqla üz-üzə gələcək.

Qarşılaşma Bakı vaxtı ilə 21:00-da start götürəcək.

Xatırladaq ki, Azərbaycan millisi iyulun 5-də Bakıda İrlandiya ilə qarşılaşacaq. Komanda hazırda beş xalla dördüncü pillədə qərarlaşıb. Şimali Makedoniya səkkiz xalla liderdir, ikinci sıradakı Lüksemburqun altı, üçüncü mövqedəki İrlandiyanın beş xalı var.

İdman.Biz