“Gəncə” yerli basketbolçu transfer edib

17 Avqust 2026 13:23
101
“Gəncə” yerli basketbolçu transfer edib

“Gəncə” basketbol klubu heyətini yeni yerli oyunçu ilə gücləndirib.

İdman.Biz xəbər verir ki, Gəncə təmsilçisi son olaraq “Lənkəran” klubunda çıxış etmiş Aydın İbrahimovla müqavilə imzalayıb.

21 yaşlı forvardla müqavilənin müddəti növbəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, gənc basketbolçu daha əvvəl Azərbaycanın 18 və 20 yaşlılardan ibarət milli komandalarının da şərəfini qoruyub.

İdman.Biz