Azərbaycan Kubokunda bu gün beş oyun keçiriləcək

27 Oktyabr 2026 09:44
98
Azərbaycan Kubokunda bu gün beş oyun keçiriləcək

Bu gün Azərbaycan Kubokunda ikinci təsnifat mərhələsi start götürür.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə beş qarşılaşma baş tutacaq.

Bir görüşdən ibarət olan bu mərhələnin qalibləri növbəti raundda vəsiqə qazanacaq.

Bu mərhələdə artıq elita klubları da ölkə kubokunda mübarizəyə qoşulur.

Azərbaycan Kuboku

İkinci təsnifat mərhələsi
27 oktyabr
14:00. “Şimal” - “Araz-Naxçıvan”

Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Sadiq Əliyev, Rəsul Babayev.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
Şamaxı şəhər stadionu

14:00. “Marafon” - “Zaqatala”
Hakimlər: İslam Məmmədov, Orxan İbişov, Rizvan Süleymanov, Kamil Aydınov.
Hakim-inspektor: Şahin Cəfərov.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“Marafon Arena”

17:00. “Kür-Araz” - “Sumqayıt”
Hakimlər: Niyaz Əhmədov, Rəhman Aslanov, Məmmədəli Kərimov, Nəriman Ağayev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Zümrüd Ağayeva.
“SOCAR Polymer Arena”

17:00. “Qəbələ” - “Mingəçevir”
Hakimlər: Nazim Abdullayev, Taleh Məmmədov, Rasim Axundov, Mehdi Yusifov.
Hakim-inspektor: Feyzulla Feyzullayev.
AFFA nümayəndəsi: Eldar Məmmədov.
Qəbələ şəhər stadionu

18:00. “Səbail” - “Zirə”
Hakimlər: Səbuhi Bayramov, Aydın Baxşıyev, Mirnihad Seyidov, Vaqif Vəliyev.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Anar Şıxəliyev.
“Bank Respublika Arena”

Qeyd edək ki, ikinci təsnifat mərhələsinə oktyabrın 29-da yekun vurulacaq.

İdman.Biz