Azərbaycanın “LANDAU Lions” basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti matçını keçirəcək.
İdman.Biz xəbər verir ki, Erhan Tokerin baş məşqçi olduğu kollektiv G qrupunun dördüncü turunda Türkiyənin “Denizli Basket” komandasını qəbul edəcək.
Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 20:30-da başlayacaq.
Qeyd edək ki, “LANDAU Lions” əvvəlki üç oyunun hamısında məğlub olub. Azərbaycan təmsilçisi Danimarkanın “Bakken Bears” komandasına 88:91, İsveçrənin “Lions de Geneve” kollektivinə 83:105, Slovakiyanın “Prievidza” klubuna isə 84:108 hesabı ilə uduzub.
