“Neftçi” basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində dördüncü matçını keçirəcək.
İdman.Biz xəbər verir ki, təmsilçimiz dördüncü turda Rumıniyanın “Oradea” kollektivini qəbul edəcək.
Bakı İdman Sarayında keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” H qrupunda keçirdiyi əvvəlki üç oyunun hamısında məğlub olub. Bakı təmsilçisi İsveçrənin “Fribur Olimpik” komandasına 73:78, Yunanıstanın “Mikonos” kollektivinə 58:78, Latviyanın VEF klubuna isə 94:110 hesabı ilə uduzub.
