“Gəncə” basketbol komandası bu gün FIBA Avropa Kubokunun qrup mərhələsində növbəti oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Murad Dikmenin baş məşqçi olduğu kollektiv dördüncü turda Portuqaliyanın “Sportinq” klubunu qəbul edəcək.
Gəncə İdman Sarayında keçiriləcək qarşılaşma saat 19:00-da başlayacaq.
Qeyd edək ki, C qrupunda mübarizə aparan “Gəncə” əvvəlki oyunlarda Yunanıstanın “Kolossos” komandasına 62:80, Türkiyənin “Esenler Erokspor” kollektivinə isə 63:92 hesabı ilə məğlub olub. Təmsilçimizin üçüncü turda Bolqarıstanın “Rilski Sportist” klubu ilə oyunu təxirə salınıb.
