"Neftçi" 19 yaşlı mərkəz oyunçusunu heyətinə qatıb

16 Avqust 2026 13:30
128
"Neftçi" 19 yaşlı mərkəz oyunçusunu heyətinə qatıb

"Neftçi" basketbol komandası 2026/27 mövsümü öncəsi yerli heyətini gücləndirməyə davam edir.

İdman.Biz xəbər verir ki, klubun növbəti transferi 19 yaşlı azərbaycanlı basketbolçu Ramazan Qarayev olub.

Mərkəz oyunçusu ilə 2026/27 mövsümünün sonunadək müqavilə imzalanıb.

Boyu 202 sm olan Qarayevin son klubu NTD olub.

İdman.Biz