U-16 basketbol millimiz Bosniya və Herseqovinaya qalib gəlib - YENİLƏNİB + FOTO

14 Avqust 2026 19:01
964
U-16 basketbol millimiz Bosniya və Herseqovinaya qalib gəlib

U16 qızlardan ibarət milli komandamız FIBA U16 Qadınlararası Avropa Çempionatının B divizionunda 5-7-ci yerlər uğrunda təsnifat mərhələsində Bosniya və Herseqovina yığmasına 78:65 hesabı ilə qalib gəlib.

İdman.Biz bildirir ki, millimiz ilk hissəni 45:24 hesablı üstünlüklə başa vurub və qarşılaşmanın sonunda qələbəni qoruyub.

09:53

Qızlardan ibarət Azərbaycan basketbol millisi FIBA U-16 Qadınlararası Avropa Çempionatının B divizionunda növbəti oyununa çıxacaq.

İdman.Biz xəbər verir ki, yığmamız 5-7-ci yerlər uğrunda təsnifat mərhələsində ilk matçını Bosniya və Herseqovina millisinə qarşı keçirəcək.

Qarşılaşma bu gün, avqustun 14-də Slovakiyanın Pieştani şəhərində baş tutacaq. Görüş Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.

İdman.Biz