Azərbaycan ilk dəfə 20 yaşadək oğlanlar arasında basketbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək.
İdman.Biz xəbər verir ki, bununla bağlı qərar noyabrın 20-də Almaniyanın Hamburq şəhərində keçirilən FIBA Avropa İdarə Heyətinin iclasında qəbul olunub.
Qərara əsasən, 2027-ci il iyulun 9-dan 18-dək Bakıda 20 yaşadək oğlanlar arasında Avropa çempionatının B divizionunun oyunları təşkil ediləcək.
İclasda 2027-ci ildə gənclər arasında keçiriləcək digər Avropa çempionatlarının da ev sahibi şəhərləri təsdiqlənib.
Azərbaycanın ilk dəfə bu yarışa ev sahibliyi etməsi ölkə basketbolunun inkişafı və beynəlxalq turnirlərin təşkili baxımından mühüm hadisədir.
