Azərbaycan Basketbol Liqasında bu gün birinci turun təxirə salınmış qarşılaşması keçiriləcək.
İdman.Biz xəbər verir ki, “Sabah” komandası “Gəncə” ilə üz-üzə gələcək.
Bakı İdman Sarayında baş tutacaq görüş saat 14:30-da başlayacaq.
Qeyd edək ki, “Sabah” 11 xalla turnir cədvəlinin lideridir. “Gəncə” isə səkkiz xalla altıncı pillədə qərarlaşıb.
Qeyd edək ki, birinci turun təxirə salınmış digər iki oyunu noyabrın 22-də keçiriləcək.
