Azərbaycanlı basketbolçu Sinqapurda beynəlxalq müsabiqənin qalibi oldu

22 Noyabr 2026 13:59
61
Azərbaycanlı basketbolçu Sinqapurda beynəlxalq müsabiqənin qalibi oldu

Basketbol üzrə Azərbaycan millisinin üzvü Polina Şukina Sinqapurda keçirilən beynəlxalq proqramda uğur qazanıb. Təmsilçimiz üçxallıq atışlar müsabiqəsində bütün rəqiblərini qabaqlayaraq qalib adını əldə edib.

İdman.Biz xəbər verir ki, gənc basketbolçu “Basketball Without Borders Next Up 2026” proqramı çərçivəsində təşkil olunan yarışda birinci yeri tutaraq “Sport Singapore 2026 Three-Point Champion” mükafatına layiq görülüb.

Noyabrın 18-dən 21-dək keçirilən proqram NBA, WNBA və Beynəlxalq Basketbol Federasiyasının (FIBA) birgə təşkilatçılığı, Sport Singapore qurumunun əməkdaşlığı ilə baş tutub.

Qadınlar üçün ilk dəfə təşkil edilən proqramda altı qitədən seçilmiş 80 gənc basketbolçu iştirak edib.

Tədbir çərçivəsində iştirakçılar peşəkar basketbolçuların və məşqçilərin rəhbərliyi altında hazırlıq keçib, müxtəlif məşqlərdə və yarışlarda bacarıqlarını nümayiş etdiriblər.

İdman.Biz