U-14 basketbol millimiz Serbiyada üç oyun keçirdi

22 Noyabr 2026 14:44
45
U-14 basketbol millimiz Serbiyada üç oyun keçirdi

Azərbaycanın U-14 basketbol millisi Serbiyanın paytaxtı Belqradda keçirilən təlim-məşq toplanışını başa vurub. Gənc basketbolçular hazırlıq prosesi çərçivəsində üç yoxlama oyununda qüvvələrini sınayıblar.

İdman.Biz xəbər verir ki, millimiz Serbiyanın “KK Cerak Beograd”, “Partizan” və “Srvena Zvezda” basketbol komandalarının müvafiq yaş qrupları ilə qarşılaşıb.

Yığmamız keçirilən üç görüşün birində qələbə qazanıb, ikisində isə məğlub olub.

Toplanış zamanı gənc basketbolçular beynəlxalq oyun təcrübəsi əldə edərək gələcək yarışlara hazırlıq baxımından faydalı sınaq keçiblər.

İdman.Biz