Basketbol millimiz U-16 Avropa çempionatında Kiprə qalib gəlib

15 Avqust 2026 16:04
139
Basketbol millimiz U-16 Avropa çempionatında Kiprə qalib gəlib

U-16 qızlar arasında basketbol üzrə Avropa çempionatının B divizionunda 5-7-ci yerlər uğrunda mübarizə davam edir.

İdman.Biz xəbər verir ki, Azərbaycan millisi təsnifat mərhələsində növbəti oyununu Kiprə qarşı keçirib. Yığmamız rəqibini 70:58 hesabı ilə məğlub edib.

Millimizin heyətində ən məhsuldar oyunçu 18 xalla Qalina Quşina olub. Aylin Niftaliyeva 17, Aylin Əkbərzadə 13, Viktoriya Ulyanova isə 11 xal toplayıb.

Beləliklə, Azərbaycan millisi 5-7-ci yerlər uğrunda qrupda ikinci qələbəsini qazanıb.

Qeyd edək ki, yığmamız qrup mərhələsində Slovakiyaya 50:59, İsveçə 30:64 hesabı ilə məğlub olub. Daha sonra 5-7-ci yerlər uğrunda mübarizədə Bosniya və Herseqovinanı 78:65 hesabı ilə məğlub edib.

İdman.Biz