“Neftçi” basketbol komandası heyətini yeni transferlə gücləndirib.
İdman.Biz xəbər verir ki, Bakı təmsilçisi ABŞ-li müdafiəçi Cerod Robinsonu heyətinə qatıb.
25 yaşlı basketbolçu ilə cari mövsümün sonunadək müqavilə imzalanıb.
193 sm boya malik Robinson daha əvvəl ABŞ-nin NCAA Division II liqasında çıxış edən “Shepherd University Rams” komandasının formasını geyinib.
