Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” futbol klubu sonuncu yoxlama oyununa çıxıb.
İdman.Biz xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Ukrayna təmsilçisi “Polesye” ilə üz-üzə gəlib.
Qarşılaşma 4:1 hesabı ilə Ukrayna klubunun xeyrinə qurtarıb. “Sabah”ın yeganə qolunu Velko Simiç vurub.
“Polesye”də qollara Oleq Fedor, Boris Kruşinski, İqpr Krasnopir və bu yaxınlarda "Qarabağ"dan bu kluba keçmiş Leandro Andrade vurublar.
10:16
Bu gün Avstriyanın Tirol bölgəsində təlim-məşq toplanışında olan “Sabah” futbol klubu növbəti yoxlama oyununa çıxacaq.
İdman.Biz xəbər verir ki, Valdas Dambrauskasın rəhbərlik etdiyi komanda Ukrayna təmsilçisi “Polissya” ilə üz-üzə gələcək.
Görüş Bakı vaxtı ilə saat 19:00-da start götürəcək.
Qeyd edək ki, “Sabah” təlim-məşq toplanışı çərçivəsində keçirdiyi əvvəlki yoxlama oyunlarında Macarıstanın “Ferentsvaroş” və Rumıniyanın “Universitatya Krayova” komandaları ilə 1:1 hesablı heç-heçə edib.
