DÇ-2026-nın 1/8 finalında İspaniyaya məğlub olaraq mübarizəni dayandıran Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu matçdan sonra diqqət çəkən məqamla gündəmə gəlib.
İdman.Biz xəbər verir ki, Portuqaliya mətbuatının yaydığı məlumata görə, final fitindən sonra 41 yaşlı hücumçu meydanda tək qalıb. Bildirilir ki, komanda yoldaşlarının əksəriyyəti onun yanına yaxınlaşmadan paltardəyişmə otağına yollanıb.
Ronalduya ilk dəstək isə rəqib komandanın futbolçularından gəlib. İspaniya millisinin üzvləri Lamin Yamal və Mikel Merino onunla görüşərək təsəlli veriblər.
Jurnalistlər bu mənzərəni DÇ-2026-da Braziliya millisinin ulduzu Neymarın komandasının oyundan sonra ona göstərdiyi münasibətlə müqayisə ediblər. Onların fikrincə, hər iki epizod futbol ictimaiyyətində geniş müzakirələrə səbəb olub.
