Portuqaliya millisinin baş məşqçisi Roberto Martinez yığmanın DÇ-2026-nın 1/8 finalında İspaniya ilə oyunda məğlubiyyətindən (0:1) sonra bu vəzifədən getdiyini açıqlayıb.
İdman.Biz bildirir ki, Portuqaliya bu məğlubiyyətlə mundialda mübarizəsini dayandırıb.
"Qərar dünya çempionatından əvvəl verilibmi? Xeyr, düşünmürəm ki, bu, qətiləşib. Mən Portuqaliyaya dünya çempionatını qazanmaq üçün gəlmişəm və düşünürəm ki, qələbə olmadan davam etməyin mənası yoxdur. İndi direktorlar şurası və prezident yeni məşqçi seçmək imkanına malikdirlər. Prezident həmişə işimi dəstəkləyib, amma müqaviləm bu gün bitir. Başqa deyəcək çox şey yoxdur", - deyə “Record” Martinesin sözlərini sitat gətirir.
View this post on Instagram
