İspaniya millisinin qapıçısı Unai Simon DÇ-2026-nın 1/8 final mərhələsində Portuqaliya ilə oyunda (1:0) qapısını toxunulmaz saxlayıb.
İdman.Biz bildirir ki, bununla da qapıçı futbol tarixində yeni dünya çempionatı rekorduna imza atıb.
Simon futbol tarixində dünya çempionatında ardıcıl altı dəfə qapısını toxunulmaz saxlayan ilk qapıçı olub. Əvvəlki rekord 1990-cı ildə keçirilən nüfuzlu beynəlxalq turnirdə beş dəfə qapısını toxunulmaz saxlayan İtaliya millisinin oyunçusu Valter Zenqaya məxsus idi.
Simon İspaniya millisində 63 oyun keçirib. Bu müddət ərzində o, 48 qol buraxıb və 29 dəfə qapısını toxunulmaz saxlayıb.
