İspaniya millisi dünya çempionatının 1/8 final matçında Portuqaliyanı 1:0 hesabı ilə məğlub edib.
İdman.Biz bildirir ki, matçın yeganə qolunu 90+1-ci dəqiqədə Mikel Merino vurub.
Beləliklə, İspaniya bu günədək DÇ-2026-da qol buraxmayan yeganə komanda olub.
İspanlar 5 oyunda 9 qol vurublar.
18 finaladək Meksika da qapısından qol buraxmamışdı, lakin bu mərhələdə onlar İngiltərədən üç qol buraxdılar – 2:3.
