İspaniya millisinin yarımmüdafiəçisi Rodri 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Portuqaliya ilə İspaniya arasında keçirilən matçın oyunçusu seçilib.
İdman.Biz bildirir ki, yarımmüdafiəçi bütün oyunu meydanda keçirib, lakin məhsuldar hərəkətlə fərqlənməyib.
İspaniya matçı 1:0 hesabı ilə qazanıb. Oyun ABŞ-ın Texas ştatının Arlington şəhərindəki AT&T stadionunda baş tutub.
Hakim Entoni Teylor (Mançester, İngiltərə) olub.
Oyunun yeganə qolunu 90+1-ci dəqiqədə Mikel Merino vurub.
Dörddəbir finalda İspaniya ABŞ-Belçika matçının qalibi ilə qarşılaşacaq.
Argentina hazırkı dünya çempionudur.
