PSJ-nin eks-oyunçusu: “Dünya çempionatını Tramp idarə edir”

6 İyul 2026 23:54
86
PSJ-nin eks-oyunçusu: “Dünya çempionatını Tramp idarə edir”

PSJ-nin keçmiş oyunçusu Jerom Roten FİFA-nın ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzasının ləğvinə reaksiya cavab verib.

İdman.Biz bildirir ki, cəzanın ləğvi oyunçunun 7 iyulda Belçika millisinə qarşı DÇ-2026-nın 1/8 final matçında iştirak etməsinə imkan verəcək.

“Meydanda baş verənlər müqəddəsdir, ona toxunmaq olmaz. Qərar anlaşılmazdır; qırmızı vərəqə səhv deyildi.
Bu dünya çempionatını Tramp idarə edir və FİFA onun qarşısından qaçır”, Roten deyib.

FIFA-nın İntizam Komitəsi Baloqunun DÇ-2026-nın 1/16 final mərhələsində Bosniya və Herseqovina ilə (2:0) oyunda meydandan qovulmasına görə bir oyunluq cəzasını ləğv edib və ABŞ prezidenti Donald Tramp qərara görə təşkilata təşəkkür edib. Belçikanın apelyasiya şikayəti rədd edilib.

İdman.Biz