DÇ-2026: İspaniya 1/4 finala yüksəlir, Ronaldunun komandası isə evə yollanır - YENİLƏNİB + VİDEO

7 İyul 2026 01:03
772
DÇ-2026: İspaniya 1/4 finala yüksəlir, Ronaldunun komandası isə evə yollanır

DÇ-2026-da 1/8 final mərhələsinin İspaniya – Portuqaliya oyunu yekunlaşıb.

İdman.Biz bildirir ki, Pireney derbisində İspaniya qalib gəlib. Dörddəbir finalda ispanlar ABŞ - Belçika matçının qalibi ilə oynayacaqlar.

Portuqaliya isə mundialda mübarizəni dayandırdı. Beləliklə, Kriştianu Ronaldu iştirak etdiyi altıncı dünya çempionatından da qalib olmadan ayrıldı. Ronaldu DÇ-2026-da üç qol, ümumilikdə mundiallarda isə 11 qol vurub.

00:55

İspaniya - Portuqaliya matçında hesab açılıb.

90+1-də Mikel Merino ispanları irəli çıxarıb.

00:07

İspaniya - Portuqaliya matçının ikinci yarısı başlayıb.

Birinci hissədən sonra qapılara qol vurulmayıb

23:51

İspaniya - Portuqaliya matçının ilk yarısı bitib.

Birinci hissədən sonra qapılara qol vurulmayıb.

23:00

Futbol üzrə dünya çempionatında 1/8 finalın növbəti oyunu keçirilir.

İdman.Biz bildirir ki, ABŞ-ın Arlinqton şəhərindəki “AT&T Stadium”da İspaniya və Portuqaliya milliləri üz-üzə gəlirlər.

Matçın baş hakimi ingiltərəli Entoni Teylordur.

1/16 finalda Portuqaliya Xorvatiyanı 2:1, İspaniya isə Avstriyanı 3:0 hesabı ilə məğlub edib.

İdman.Biz