Fransa millisinin hücumçusu Kilian Mbappe oyunçunu təhqiramiz şəkildə tənqid edən paraqvaylı senator Seleste Amarilyaya cavab verib.
İdman.Biz bildirir ki, Fransa 1/8 finalda Paraqvayı Mbappenin penaltidən qolu ilə 1:0 məğlub edib.
"Hörmətli xanım Seleste Amarilya, siz öz mövqeyinizə layiq olmayan alçaq bir qadınsınız.
Siz turnir boyu ehtiras və şərəf nümayiş etdirən bir ölkə olan Paraqvayı təmsil etmirsiniz. Sizin ehtiyatsızlığınız və açıq-aşkar irqçiliyiniz üzündən dünya artıq oyunçularınızın bu dünya çempionatında göstərdiyi yolu və tarixi səyləri unudub və onların yerinə ölkəsinin ən pis imicini yaradan səriştəsiz bir qadın gəlib.
Mən heç vaxt belə insanların nifrət və irqçiliyini bütün dünyada yaymasına icazə verməyəcəyəm", - deyə Mbappe sosial media səhifəsində yazıb.
Daha əvvəl Amarilya Mbappe haqqında xoşagəlməz danışmış və Paraqvay milli komandasını DÇ-2026-nın 1/8 final matçından sonra ona şillə vurmadığına görə tənqid etmişdi.
Amarilya Mbappeni “fransız olmaq istəyən kamerunlu kölə, özündənrazı varlı eybəcər” adlandırmışdı.
“O qorxaq və savadsızdır. Ana südü əvəzinə kokos südü içib”, - Amarilya deyib.
