Portuqaliya yığmasının kapitanı Kriştianu Ronaldu DÇ-2026-da qeyri-adi statistik nailiyyətə imza atıb.
İdman.Biz-in Opta-ya istinadən verdiyi məlumata görə, 41 yaşlı hücumçu komanda yoldaşları üçün bir qol imkanı yaratmadan qapıya 17 zərbə endirib.
Statistika xidmətinin məlumatına görə, bu, 1966-cı ildən bəri dünya çempionatında hər hansı bir oyunçunun ən pis göstəricisidir.
Bu antirekord siyahısında ondan sonra meksikalı Alberto Qarsiya Aspe (15 zərbə), polşalı Yeji Qorqon (13), CAR-lı Katleqo Mphela (13) və rusiyalı Denis Çerışev (13) gəlir.
Xatırladaq ki, Portuqaliya 1/8 finalda İspaniyaya 1:0 hesabı ilə məğlub olaraq 2026-cı il dünya çempionatındakı iştirakını dayandırıb. Yeganə qolu 90+1-də Mikel Merino vurub.
