Portuqaliya futbol millisinin DÇ-2026 ilə vidalaşması təkcə nəticə ilə yox, qəribə təsadüflə də diqqət çəkib.
İdman.Biz xəbər verir ki, “Record” nəşrinin məlumatına görə, baş məşqçi Roberto Martines turnir zamanı futbolçularına numerologiyaya inam aşılayıb. O, hesablamalarına əsasən, Portuqaliyaya bu dünya çempionatında uğur gətirəcək rəqəmin “6” olduğunu bildirib.
Amma hadisələr əksinə cərəyan edib. Portuqaliya mundialdan məhz 6 iyulda kənarlaşdırılıb. Komandanı turnirdən çıxaran qolu isə İspaniya millisinin 6 nömrəli futbolçusu Mikel Merino vurub.
İspaniya 1/8 final matçında Portuqaliyaya 1:0 hesabı ilə qalib gəlib və 1/4 finala yüksəlib.
