Lukaku dəstəsini başına yığıb “Tramp havası” oynadı - VİDEO

7 İyul 2026 11:38
85
Lukaku dəstəsini başına yığıb “Tramp havası” oynadı - VİDEO

Belçika futbol yığmasının hücumçusu Romelu Lukaku 2026-cı il dünya çempionatının 1/8 finalında ABŞ ilə oyunda komandasının dördüncü qolunu vurduqdan sonra komanda yoldaşları ilə birlikdə məşhur “Tramp rəqsi”ni təkrarlayıb.

İdman.Biz xəbər verir ki, epizod Belçikanın 4:1 hesablı qələbəsindən sonra sosial şəbəkələrdə geniş müzakirə olunub. Lukaku və belçikalı futbolçuların dairəvi şəkildə etdiyi rəqs ABŞ prezidenti Donald Trampın tez-tez nümayiş etdirdiyi jestlərə bənzədilib.

Qarşılaşma öncəsi əsas müzakirə mövzularından biri ABŞ millisinin hücumçusu Folarin Baloqunun cəzası ilə bağlı idi. Baloqun əvvəlki oyunda qırmızı vərəqə alsa da, FIFA onun bir oyunluq diskvalifikasiyasını ləğv edib. Xarici mediada bu qərarın Trampın FIFA prezidenti Canni İnfantinoya müraciətindən sonra verildiyi qeyd olunur.

Belçika millisi isə cavabı meydanda verib. Komanda ABŞ-ni 4:1 hesabı ilə məğlub edərək 1/4 finala yüksəlib. Görüşdən sonra Belçika millisinin rəsmi hesabında “Bunu da ləğv edin” məzmunlu paylaşım edilməsi də diqqətdən yayınmayıb.

İdman.Biz