“Zirə” futbol klubu Azərbaycanın UEFA reytinqindəki əmsalını artırıb.
İdman.Biz xəbər verir ki, bu, komandanın UEFA Konfrans Liqasının birinci təsnifat mərhələsinin ilk oyununda Gürcüstan təmsilçisi “Torpedo”nu məğlub etməsi (3:0) sayəsində mümkün olub.
Bu qalibiyyət ölkəyə 0,250 əmsal qazandırıb. Daha əvvəl UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsində TNS (Uels) klubunu Bakıda 2:0 hesabı ilə məğlub edən “Sabah” eyni töhfəni verib.
Hazırda Azərbaycan 19,062 əmsalla UEFA reytinqində 26-cı pillədə qərarlaşıb. 27-ci sırada 18,250 əmsalla Slovakiya, 25-ci yerdə isə 20,750 əmsalla İsrail yer alıb.
Qeyd edək ki, UEFA reytinqinə 101,852 əmsalla İngiltərə başçılıq edir.
