DÇ-2026-nın 17 yaşlı ulduzu məktəbi bitirdi: Avropa yolu açılır

9 İyul 2026 10:14
102
DÇ-2026-nın 17 yaşlı ulduzu məktəbi bitirdi: Avropa yolu açılır

Futbol üzrə Meksika milli komandasının 17 yaşlı yarımmüdafiəçisi Xilberto Mora DÇ-2026-dan sonra məktəbi bitirib.

İdman.Biz xəbər verir ki, gənc futbolçu mundialda Meksika yığmasının diqqət çəkən oyunçularından biri olub.

Mora turnirdə üç dəfə start heyətində meydana çıxıb. O, komanda daxilində də xüsusi qayğı ilə əhatə olunub.

Məlumata görə, Meksika millisinin təcrübəli qapıçısı Gilyermo Oçoa bir dəfə gecə saatlarında onun otağının qapısını döyərək dərslərini edib-etmədiyini soruşub.

Meksika DÇ-2026-da mübarizəni dayandırdıqdan sonra Mora attestat mərasiminə çatıb. Yerli mətbuat onun yalnız istedadlı futbolçu deyil, həm də sinfin ən yaxşı şagirdlərindən biri olduğunu yazıb.

17 yaşlı yarımmüdafiəçinin riyaziyyat və ingilis dilində xüsusilə yaxşı nəticələr göstərdiyi bildirilir. İngilis dilini öyrənməsi də təsadüfi sayılmır.

Çünki Moranın yaxın gələcəkdə Avropa klublarından birinə transfer olunacağı gözlənilir.

İdman.Biz