Fransa - Mərakeş matçı başa çatıb.
İdman.Biz bildirir ki, 2:0 hesabı ilə qələbə qazanan Fransa adını yarımfinala yazdırıb. Yarımfinalda fransızlar İspaniya - Belçika matçının qalibi ilə üz-üzə gələcəklər.
Fransa ardıcıl üçüncü dəfə mundialların yarımfinalına yüksəlir. O, bu sahədə Almaniyanın 1982-1990-cı illərdəki və Braziliyanın 1994-2002-ci illərdəki göstəricisini təkrar edib.
Qeyd edək ki, Fransa ardıcıl ikinci dəfə dünya çempionatının pley-offunda Mərakeşə qalib gəlir. DÇ-2022-də bu komandalar yarımfinalda rastlaşmışdılar və Fransa 2:0 hesabı ilə qalib gəlmişdi.
01:31
Fransa - Mərakeş matçında hesab dəyişib.
İdman.Biz xəbər verir ki, 66-cı dəqiqədə Usman Dembele hesab arasındakı fərqi artırıb.
01:25
Fransa - Mərakeş matçında hesab açılıb.
İdman.Biz xəbər verir ki, 60-cı dəqiqədə Kilian Mbappe fərqlənib. Bu, Mbappenin DÇ-2026-da vurduğu 8-ci qoldur. Beləliklə, Mbappe və argentinalı Lionel Messi DÇ-2026-nın bombardirlər siyahısına hərəyə 8 qolla başılıq edirlər. Ümumilikdə isə Mbappe mundiallarda 20 qol vurub və bu göstəriciyə görə Messidən 1 qol geri qalır.
01:10
Fransa - Mərakeş matçında ikinci hissə başlayıb.
İdman.Biz xəbər verir ki, birinci hissədən sonra qapılara qol vurulmayıb.
00:51
Fransa - Mərakeş matçında ilk hissə bitib.
İdman.Biz xəbər verir ki, birinci hissədən sonra qapılara qol vurulmayıb.
00:29
Fransa - Mərakeş matçında avropalılar real qol şansını əldən veriblər
İdman.Biz xəbər verir ki, 28-ci dəqiqədə Kilian Mbappe penaltini vura bilməyib. Bu, Mbappenin karyerası ərzində dünya çempionatlarında vura bilmədiyi ilk penaltidir.
00:00
DÇ-2026-nın dörddəbir final mərhələsində Fransa və Mərakeş milli komandaları üz-üzə gəlir.
İdman.Biz xəbər verir ki, qarşılaşma ABŞ-də, Foxboro şəhərindəki “Gillette Stadium”da keçirilir.
10:11
Futbol üzrə DÇ-2026-nın dörddəbir final mərhələsində bu gün Fransa və Mərakeş milli komandaları üz-üzə gələcək.
İdman.Biz xəbər verir ki, qarşılaşma ABŞ-də, Foxboro şəhərindəki “Gillette Stadium”da baş tutacaq.
Matç Bakı vaxtı ilə saat 23:59-da start götürəcək. Görüşü argentinalı hakim Fakundo Tello idarə edəcək.
Mundial iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq.
Qeyd edək ki, turnirin son qalibi Argentinadır. Komanda DÇ-2022-nin finalında Fransanı penaltilər seriyasında məğlub edib.
