ESPN-in məlumatına görə, Avropa Parlamenti FIFA prezidenti Canni İnfantinonun 2026-cı il Dünya Kuboku zamanı ABŞ prezidenti Donald Trampla əlaqələrinə görə araşdırma aparmaq niyyətindədir.
İdman.Biz bildirir ki, daha əvvəl ABŞ prezidentinin İnfantinoya zəng edərək ABŞ milli komandasının oyunçusunun dünya çempionatında qırmızı vərəqəsini ləğv etməsini istədiyi bildirilmişdi. FİFA həqiqətən də onun komandadan çıxarılması qərarını ləğv etmişdi, lakin təşkilatın məlumatına görə, bu, Trampın zəngi ilə əlaqəli deyildi.
Qeyd olunur ki, artıq ABŞ oyunçusunun qırmızı vərəqəsinin ləğvi ilə bağlı 30-dan çox narazılıq və şikayət məktubu FIFA Etika Komitəsinə göndərilib. Avropa Parlamenti hesab edir ki, "İnfantino və FIFA Tramp administrasiyasının tələblərinə boyun əyirlər".
Araşdırma Trampın FIFA prezidentinə etdiyi zəngin qırmızı vərəqəni ləğv etmək qərarına təsir edib-etmədiyini müəyyən edəcək.
